Alimpaşanın maral fermasının...

Alimpaşanın maral fermasının...
Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov həbs olunduqdan sonra onun maral fermasının olması ortaya çıxmışdı.

GUNDEMİNFO.AZ APA-ya istinadla xəbər verir ki, Şəmkir rayonunun Kür qəsəbəsində yerləşən fermada saxlanılan marallar sabiq icra başçısının həbsindən sonra “Altıağac” Milli Parkına aparılıb.

Mənbənin sözlərinə görə, əvvəl 30 baş olan maralların 7-si bala verib. Maralların sayı 37-ə çatıb.

Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.

Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
699 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...