Putin hərbi müşavirə keçirdi: Qarşısını heç kim ala bilməz!

Putin hərbi müşavirə keçirdi:
Rusiya Prezidenti Vladimir Putin ölkənin Müdafiə Nazirliyinin rəhbərliyi ilə müşavirə keçirib.

Axar.az xəbər verir ki, Kremldə keçirilən müşavirədə ötən gün Dneprə atılan "Oreşnik" raketi ilə bağlı müzakirələr aparılıb. Buraxılışın uğurlu alındığı və bundan sonra da hücumların davam etdiriləcəyi vurğulanıb.

Putin müşavirədə qeyd edib ki, Rusiyada “Oreşnik” kimi istifadəyə hazır sistemlər var, Rusiya təhlükəsizliyinə təhdidlərdən asılı olaraq, döyüş şəraiti də daxil olmaqla, ən son raketlərin sınaqlarını davam etdirəcək.

"Hazırda dünyada “Oreşnik”in qarşısını almaq üçün hər hansı sistem yoxdur. "Oreşnik” Rusiyanın ərazi bütövlüyünün daha bir etibarlı qarantıdır”, - Putin vurğulayıb.

O, həmçinin “Oreşnik” sisteminin seriyalı istehsalı ilə bağlı qərar qəbul edildiyini və praktiki olaraq təşkil olunduğunu vurğulayıb.

Qeyd edək ki, Rusiya ötən gün Dneprə “Oreşnik” ortamənzilli hipersəs ballistik raketi ilə zərbə endirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
69 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...