Sabirabadda qanunsuz ov edənlər saxlanıldı

Sabirabadda qanunsuz ov edənlər saxlanıldı
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər zamanı rayonun Suqovuşan ərazisində müvafiq icazəsi olmadan qanunsuz ov edən iki nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Gundeminfo.az-a verilən məlumata görə, həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngləri və patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl dovşanları və ov quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
444 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...