Azərbaycan axtarışda olan vətəndaşını Rusiyaya verməkdən imtina etdi
Azərbaycan beynəlxalq axtarışa verilən vətəndaşını Rusiyaya ekstradisiya etməkdən imtina edib.
Lent.az xəbər verir ki, 1988-ci il təvəllüdlü Davud Mustafa oğlu Əliyev Rusiya hüquq-mühafizə orqanları tərəfindən qəsdən adam öldürməyə cəhd maddəsi ilə federal və dövlətlərarası axtarışa verilmişdi. Rusiyanın Arxangelsk vilayəti və Nenets Muxtar Dairəsi üzrə İstintaq Komitəsinin Korjyama rayonlararası istintaq idarəsinin rəis müavini Dmitri Artemenko hazırda Azərbaycan ərazisində olan Davud Əliyevin Rusiya tərəfinin müraciətinə baxmayaraq, ekstradisiya olunmadığını, onun vətənində mühakimə olunacağını qeyd edib.
“Biz Davud Mustafa oğlu Əliyevin Azərbaycan Respublikası ərazisində cinayət təqibi üçün materiallar hazırlamışıq. 2023-cü ilin oktyabrında azərbaycanlı həmkarlarımız, hüquq-mühafizə orqanlarının əməkdaşları onun yerini müəyyənləşdiriblər. Qəsdən adam öldürməyə cəhd faktı üzrə cinayət işi Azərbaycan Respublikasının Baş Prokurorluğuna verilib. Xarici dövlət təqsirləndirilən şəxsi Rusiyaya ekstradisiya etməyib. Əliyev öz vətənində mühakimə olunacaq”, - deyə o qeyd edib.
Xatırladaq ki, hadisə 2023-cü il iyulun 14-dən 15-nə keçən gecə Rusiyanın Arxangelsk vilayətinin Korjyama şəhərində baş verib. Davud Əliyev şəhərin restoranlarından birinin qarderobunda 41 yaşlı yerli sakinlə mübahisə edib, mübahisə sonra küçədə davam edib. Əlbəyaxa dava zamanı Davud Əliyev bıçaqla ona bir neçə zərbə endirib. Çoxlu qan itirməsinə baxmayaraq yaralı xilas edilib. Təqsirləndirilən Davud Əliyev istintaqdan və məhkəmədən gizləndiyi üçün onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Bu cinayət işinin istintaqı Rusiya İstintaq Komitəsinin mərkəzi aparatında nəzarətə götürülüb.
464 dəfə oxundu