İstanbul teraktının əmrini bu şəxs verib - FOTO

İstanbul teraktının əmrini bu şəxs verib -


42 nəfərin ölümü ilə nəticələnən İstanbul teraktının törədilməsinə səbəb olan şəxsin adı açıqlanıb. Axar.az Almaniyanın “Bild” qəzetinə istinadən xəbər verir ki, hava limanının partladılması əmrini İŞİD-in Türkiyə nümayəndəliyinin rəhbəri İlhami Balı verib.

“Bild” qəzeti məlumatı Türkiyənin təhlükəsizlik qüvvələrindən aldığını qeyd edib. Xəbərdə İlhami Balının Türkiyədəki adamlarına 2 min 500 dollar maaş verdiyi də bildirilir. Qeyd edək ki, İstanbulda baş verən terakt nəticəsində 42 nəfər həyatını itirib, 200-dən çox insan yaralanıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...