Fərman Kərimzadənin oğlu 9 il azadlıqdan məhrum edildi

Fərman Kərimzadənin oğlu 9 il azadlıqdan məhrum edildi


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən yazıçı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Ə.Kərimzadə son sözlə çıxış edib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Daha sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ə.Kərimzadə 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, Ə.Kərimzadə 4 vətəndaşdan 60 min manatdan çox pulu dələduzluq yolu ilə alıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.

Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olmuş Ə.Kərimzadə ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib.

Bakı sakini Elçin Muradov Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə müraciət edərək bildirib ki, özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlu onun 12 min manat pulunu mənimsəyib. 2012-ci ilin noyabr ayının 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində Ə.Kərimzadə və onun tanışı Azər Qurbanov 3 il müddətinə şərti azadlıqdan məhrum edilib və məhkəmə zalından azadlığa buraxılıblar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1051 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...