Bakıda dostların içki məclisində dava düşüb, 1 nəfər yaralanıb

Bakıda dostların içki məclisində dava düşüb,


Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən insident baş verib.

"Report" xəbər verir ki, hadisə Hövsan qəsəbəsi, 1416 ünvanında yerləşən kafedə qeydə alınıb.

1976-cı il təvəllüdlü Şahbazov Aydın Xanoğlan oğlu dostu ilə yeyib-içdikdən sonra aralarında anlaşılmazlıq səbəbindən mübahisə düşüb. Bu zaman dostu içki şüşəsini A.Şahbazovun baş nahiyəsinə vurub. O, açıq kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
889 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...