Məni "Yeganə" şadlıq evində soyuducuya salmaq istədilər - MTN işi

Məni "Yeganə" şadlıq evində soyuducuya salmaq istədilər -


Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Məhkəmə iclası "8-ci kilometr” bazarının MTN əməkdaşları tərəfindən ələ keçirilməsini iddia edən zərərçəkmiş Cəfər Səfərovun iddiası üzrə epizodun araşdırılması ilə davam etdirildi.

Məhkəmədə şahid qismində dindirilən "Yeganə” şadlıq evinin sahiblərindən biri Məmməd Rəhimov istintaqa cəlb edilməsinin səbəblərini anlamadığını qeyd edib. O, qətiyyətlə bu məsələyə aidiyyəti olmadığını bəyan edib.

Məmməd Rəhimovun bu ifadəsi digər şahid - "8-ci kilometr” bazarının keçmiş sahibi Çingiz Əsədovun böyük qardaşı Ərsəddin Əsədovun etirazına səbəb olub. O, Səfərov qardaşlarının bazara qanunsuz sahibləndiyini və Çingizə bazara daxil olmağa icazə vermədiklərini deyib: "Çingiz məhkəməyə müraciət etdikdən sonra məhkəmə Çingizin xeyrinə qərar qəbul edərək bazarda onun fəaliyyətini bərpa edib. Çingiz Əsədov məhkəmə qərarından sonra bazara gəldiyi birinci günü zərərçəkmiş Səfərovlar bazarda hər kəsin gözü qarşısında qardaşı Çingizi döyüblər. Sonradan zərərçəkmiş Səfərovlar Çingiz Əsədovu və onun ailəsini axtarmağa başlayıblar.

Çingiz və ailəsi Səfərov qardaşlarından gizləndiyi üçün "Qara Qarayev” metrosu yaxınlığında olan evində qalırmış. Həmin mənzilə gəlib qapını döyən şəxslər özlərini polis əməkdaşı kimi təqdim ediblər. Aşağı düşəndə isə Salman Səfərovla bacanağı Səyavuş Mirzəyevi gördüm. Çingizin harada olduğunu öyrənə bilməyəndə Salman məni tutaraq "Yeganə” şadlıq evinə gətirdi”.

Şahid orada Səfərov qardaşları və restoranın sahibi Məmmədi gördüyünü bildirib. Şahidin sözlərinə görə, şadlıq evində Məmməd Rəhimov onun başına tapança ilə çoxlu sayda zərbə endirib, Cəfərin onun xalası oğlu olduğunu deyərək Çingizin harada gizləndiyini soruşub. Lakin o, Çingizin harada olduğunu deməyib. Daha sonra hansı cəzanın verilməsi müzakirə olunub. "Cəfər dedi ki, gəl, onu soyuducuya salaq. Soyuducu iri idi, yəni evlərdə işlədilənlərdən deyildi. Məmməd Rəhimov onunla razılaşmayaraq cavab verdi ki, bu zibili ora salma, yeməkləri də
xarab eləyər". Şahid əlavə etdi ki. onu şadlıq evində əsir kimi 3 gün saxlayıblar.

Qeyd edək ki, şahid məhkəmə zalında oturanlar arasından onu döyən şəxslərdən zərərçəkmiş Cəfər Səfərovu və "Yeganə” şadlıq evinin sahibi Məmməd Rəhimovu tanıyıb.

Vəkillərin suallarını cavablandıran Əsrəddin Əsədov bu hadisəyə qədər ona keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşı Rafiq Əliyevin başçılıq etdiyi dəstənin hücum etdiyini və döydüyünü deyib. Həmçinin şahid bildirib ki, 2005-ci ildə MTN-də üzləşmə zamanı Cəfərdən soruşanda ki, niyə məni oğurlayıb, dedi ki, "mən oğurlamamışam, Məmməd oğlurlayıb”.

Qeyd edək ki, zərərçəkmiş Cəfər Səfərov MTN-dən gecə 23-də buraxıldıqlarını iddia edir.

Çarpaz dindirilmədə zərərçəkmiş Cəfər Səfərov və şahid Məmməd Rəhimov şahid Əsrəddin Əsədovun yalan danışdığını və deyilənlərin uydurma olduğunu bildiriblər.

Şahid Sədrəddin Əsədov da məhkəmədə qardaşı Əsrəddin Əsədovun ifadəsinə oxşar ifadə verərək qardaşının zərərçəkmiş Səfərovlar tərəfindən oğurlanaraq "Yeganə” şadlıq evində gizlədilməsi faktını və Çingizin bazarda "Azpetrol”un sabiq rəhbəri Rafiq Əliyevin adamları tərəfindən döyülməsini təsdiq edib.

Hakim Həbib Həsənov məhkəmənin növbəti iclasının bu gün keçiriləcəyini elan edib.

///virtualaz



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
899 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...