"Banklarla bağlı cinayət işlərinin istintaqı aparılır" - Kamran Əliyev

"Banklarla bağlı cinayət işlərinin istintaqı aparılır" -


“Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən bank işləri ilə bağlı müxtəlif cinayət işlərinin istintaqı aparılır. İbtidai araşdırmalar da gedir”.

AzVision.az-ın məlumatına görə, bunu baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası və Hesablama Palatası tərəfindən aparılan araşdırmalar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilir və araşdırılır.

Belə ki, bank sahəsinin öz qanunları var və sektorun fəaliyyətinə mane olunmamalıdır: “Biz bu xətti gözləməliyik. Bu, həm də özəl sektora aiddir. Bu araşdırmalar sektorun inkişafına təkan verməlidir. Biz cinayət təqibi vasitələrindən son zərurət kimi istifadə edirik. Yalnız açıq-aydın mənimsəmə faktları olduqda, birbaşa müdaxilə edirik.

Hər pozuntu cinayət deyil. Bank qanunvericiliyinin pozulması, hansısa inzibati pozuntular, səhlənkarlıqlar ola bilər. Ona görə də çalışırıq ki, bu sahədə diqqətli, həssas olaq. Bu məsələdə bank mütəxəssislərinin köməyindən də istifadə edirik. Biz hüquqşünasıq, məsuliyyəti həddindən artıq üzərimizə götürmək də düzgün olmaz”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
927 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...