Evdən qaçan nişanlı qızlar tapıldı

Evdən qaçan nişanlı qızlar tapıldı


Şirvanda itkin düşən gəlin və baldız tapılıb. Gundeminfo.az APA TV-yə istinadən xəbər verir ki, Aytac Zahidovanın anası Flora xanım bildirib ki, nişanlı qızlar 26 may tarixindən evdən çıxıblar:

"17 gün idi ki, onlardan xəbər yox idi. Sizə müraciət edəndən sonra qızım “Youtube”da videoya baxıb və evə qayıdıblar. Onlar Bakıda marketlərdən birində işləyiblər. Telefonlarını satıb özlərinə çörəkpulu ediblər”.

Qeyd edək ki, Şirvan sakinləri, 17 yaşlı Zahidova Aytac Yasər qızı və 18 yaşlı Quliyeva Əfsanə Allahverdi qızı 26 mayda evdən çıxıb və geri qayıtmayıblar. Hər ikisi nişanlı olan Aytac və Əfsanə gəlin-baldız olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
987 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...