Arvadını qatar relsinə bağlayaraq öldürdü - Özü isə intihar etdi

Arvadını qatar relsinə bağlayaraq öldürdü -


Fransada ər arvadını yaxınlaşmaqda olan qatarın relsinə bağlayaraq öldürüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “La Parisien” qəzeti məlumat yayıb.

İnsident Er və Laura departamentində qeydə alınıb. Hadisə bazar ertəsi baş verib.

Təhlüksizlik qüvvələri qatarın altında qalaraq bir neçə yerə parçalanmış qadın cəsədi tapıblar. Bir qədər uzaqda isə intihar etmiş kişi cəsədi aşkarlanıb.

Artıq ölənlərin şəxsiyyəti müəyyən edilib. 37 yaşlı Qay və 34 yaşlı Emilinin 4 uşağı olub. Onların ayrı yaşadığı və Qayın 3 ildir işsiz olduğu müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
901 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...