Sumqayıtda 23 yaşlı oğlanı öldürüb meyitini qamışlığa atıblar

Sumqayıtda 23 yaşlı oğlanı öldürüb meyitini qamışlığa atıblar
Sumqayıtda qətl törədilib.

APA-nın məlumatına görə, Sumqayıt şəhəri, 76-cı məhəllə ərazisindəki qamışlıqda üzərində zorakılıq əlamətləri olan kişi meyiti aşkar edilib.

Araşdırmalar nəticəsində onun şəhər sakini, 1994-cü il təvəllüdlü Taleh Azər oğlu Babazadə olduğu müəyyən edilib.

Hazırda polis və prokurorluq əməkdaşları T. Babazadəni öldürən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində axtarışları davam etdirir.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1025 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...