Bakıda jurnalistin çantası oğurlanıb - VİDEO

Bakıda jurnalistin çantası oğurlanıb -

Bakıda jurnalist Ülkər Qasımqızının çantası oğurlanıb. Gundeminfo.az report-a istinadən xəbər verir ki, hadisə fevralın 28-i Qara Qarayev prospekti 39/47 ünvanında "Oskar” mebel salonunun qarşısında qeydə alınıb.

Ü.Qasımqızının sözlərinə görə, toyu ərəfəsində mebellərə baxmaq üçün həmin salona giriblər: "Maşının qapıları örtülü olsa da, açar ilə bağlanmamışdı. Mebel salonunda olmağımızdan istifadə edən naməlum şəxs avtomobilin arxa oturacağına qoyduğum çantamı götürərək qaçıb. Çantamda mənə məxsus şəxsiyyət vəsiqəsi, evin 2 açarı, maaş kartım, nişanlımın Gürcüstan Respublikasına məxsus ümumvətəndaşlıq pasportu, anama məxsus maaş kartı və digər əşyalar var idi”.

Zərərçəkən şəxs Nizami Rayon 25-ci Polis Bölməsinə məlumat verdiyini, hadisənin görüntülərini polisə təqdim etdiyini deyib. Qeyd edək ki, Ülkər Qasımqızı "Xəzər” televiziyasında müxbir vəzifəsində çalışır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
914 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...