Ziya Məmmədovun qohumuna pul "atan" şəxsdən yeni xəbər
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qohumuna qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən Sənan Cəfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə başlayır.
Qaynarinfo APA-ya istinadən xəbər verir ki, işə Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baxılacaq. Məhkəmənin ilkin baxış iclası martın 29-na təyin edilib.
Qeyd edək ki, Sənan Cəfərov 30 nömrəli marşrut xəttinə nəzarət edib. O, marşrut xəttinə nəzarət edən "M-Trans" MMC şirkətinin qeyri-rəsmi sahibi olan Rövşən Məmmədovun külli miqdarda pulunu mənimsəyib. Rövşən Məmmədov Ziya Məmmədovun yaxın qohumudur.
R.Məmmədov Sənan Cəfərovun gələn gəlirləri mənimsədiyindən şübhələnərək hüquq-mühafizə orqanlarına müraciət etmişdi. Hətta 30 nömrəli marşrut xəttində çalışan 57 sürücü əmək haqqının verilməməsiylə bağlı aksiya keçirmişdi.
Sənan Cəfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib. Mənimsənilən məbləğin 100 min manatdan çox olduğu bildirilir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Cəfərov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
866 dəfə oxundu