Bayram günlərində 358 sərxoş sürücü saxlanılıb

Bayram günlərində 358 sərxoş sürücü saxlanılıb

“Bayram günlərində avtomobili sərxoş halda idarə edən 358 sürücü saxlanılaraq məsluliyyətə cəlb edilib”.

Bu sözləri Modern.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, sərxoş sürücülər yalnız öz həyatlarını deyil, digər yol hərəkəti istifadəçiləri üçün də təhlükə yaradır.

İnzibati Xətalar Məclləsinin 333.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsinə görə 400 manat cərimə kəsilir və ya nəqliyyat vasitələrini idarə etmə hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
821 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...