Şamaxıda xalası oğluyla nişanlı olan qız özünü asıb

Şamaxıda xalası oğluyla nişanlı olan qız özünü asıb

Şamaxı rayonunda intihar hadisəsi qeydə alınıb.

Gundeminfo.az APA-ya istindən xəbər verir ki rayonun Çölbağırlı kənd sakini, 2001-ci il təvəllüdlü Mirzəyeva Ulduz Şəfi qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Valideynləri onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. U. Mirzəyeva xəstəxanada ölüb.

Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil.

Kənd sakinləri bildiriblər ki, Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
875 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...