Bank rəhbərinin işində icraçı direktor dindiriləcək - 5 milyonluq ittiham

Bank rəhbərinin işində icraçı direktor dindiriləcək -

Külli miqdarda məninsəmədə ittiham edilən bank rəhbərinin məhkəməsi keçirilib.

Musavat.com xəbər verir ki, ləğv edilən "DekaBank" Açıq Səhmdar Cəmiyyətinin idarə heyətinin sabiq sədri Vəliyev Niyazi Şaiq oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə iclasında Niyazi Vəliyevin vəkilləri vəsatətlə çıxış ediblər.

Onlar Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Vüqar Abdullayevin məhkəmədə şahid kimi dindirilməsini istəyiblər. Məhkəmə vəsatəti təmin edib.

Məhkəmə prosesi aprelin 25-də davam etdiriləcək.

Bu iş üzrə daha bir nəfər təqsirləndirilən şəxs var. Həmin şəxs Bəhram Hüseynovdur və "DekaBank"ın Maliyyə Departamentinin direktoru vəzifəsində çalışıb.

Bildirək ki, külli miqdarda vəsaiti mənimsəmə ittihamı edilən N.Vəliyev Baş Prokurorluq yanında Korrupsiyaya qarşı mübarizə İdarəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, DekaBank ASC-nin sabiq rəhbəri N.Vəliyevin prezidentin sabiq köməkçisi Tariyel Ağayevin qohumudur.

"DekaBank" ASC-nin lisenziyası 2016-cı il iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
766 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...