Axtarışda olan Salyan sakini xəstəxanadan qaçıb

Axtarışda olan Salyan sakini xəstəxanadan qaçıb

Salyanda bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən şəxs xəstəxanadan qaçıb. Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, həmin şəxsin 2017-ci ilin dekabrında mənzildən pul oğurlamaqda şübhəli bilinən və barəsində axtarış elan edilən Salyan şəhər sakini, 1988-ci il təvəllüdlü Qəmbərov Həsən Sakit oğlu olduğu müəyyənləşib.

Məlum olub ki, o, aprelin 20-də polis tərəfindən saxlanılarkən özünə bıçaqla xəsarət yetirib. Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Həsən Qəmbərova tibbi yardım göstərilərək cərrahiyə şöbəsinə yerləşdirilib və o, bu gecə müəmmalı şəraitdə xəstəxanadan qaçıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
679 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...