Hüseyn Abdullayev harda saxlanılır? - Vəkilindən açıqlama

Hüseyn Abdullayev harda saxlanılır? -

Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev vəkili ilə görüşüb. GUNDEMİNFO.AZ bildirir ki, bu barədə Trend-ə H.Abdullayevin vəkili məlumat verib.

Vəkil bildirib ki, H.Abdullayev istintaqa cəlb edilib, hazırda onunla bağlı istintaq hərəkətləri aparılır: "Hüseyn Adbullayev Azərbaycana gətirilib və aprelin 23-dən istintaq hərəkətləri aparılmasına başlanılıb. Vəkillə görüşü də təmin edilib. Hələlik istintaq təcridxanasına köçürülməyib. Yaxın günlərdə istintaq təcridxanasına köçürüləcək".

Qeyd edək ki, H.Abdullayev Türkiyədə saxlanılaraq aprelin 22-də Azərbaycana gətirilib və aidiyyəti istintaq orqanına təhvil verilib.

2012-ci ildə H.Abdullayev barəsində Cinayət Məcəlləsinin 213.2.2 (külli miqdarda vergidən yayınma) maddəsi ilə cinayət işi başlanıb. H.Abdullayev ölkədən qaçdığı üçün onun barəsində axtarış elan edilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
782 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...