Türkiyəyə keçmək istəyən Azərbaycanlı saxlanıldı

Türkiyəyə keçmək istəyən Azərbaycanlı saxlanıldı

Gürcüstanda dövlət sərhədini qanunsuz keçməyə cəhd edən 10 nəfər saxlanılıb.

GUNDEMİNFO.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Saxlanılanlar arasında 1 Azərbaycan vətəndaşı da var.

Azərbaycan vətəndaşı 3 Banqladeş vətəndaşı ilə Gürcüstan-Türkiyə sərhədində yerləşən Vale sərhəd-keçid məntəqəsi yaxınlığında dövlət sərhədini qanunsuz keçməyə cəhd edib. Qonşu ölkənin dövlət sərhədini pozmağa cəhd edən daha 5 Banqladeş və 1 Gürcüstan vətəndaşı isə Axaltsixe rayonunda Caral sərhəd bölməsi ərazisində saxlanılıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər sərhəd-keçid məntəqələrindən yan keçməklə Türkiyə ərazisinə daxil olmağa cəhd ediblər. Onları 4 ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1222 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...