Elton Məmmədova qarşı dələduzluq edən idmançıya şərti cəza verildi

Elton Məmmədova qarşı dələduzluq edən idmançıya şərti cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmünə əsasən, R.Heybətova 1 il sınıq müddəti olmaqla şərti cəza verilib.

Xatırladaq ki, prokuror çıxışında onun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

İş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur. E.Məmmədov Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə etdiyini külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib.

R.Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb.

İttiham aktına görə, E.Məmmədov işlə bağlı R.Heybətova 200 min dollar verərək Türkiyəyə göndərib. R.Heybətov orada avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə o, pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovun pulu mənimsədiyini bildirib və polisə şikayət edib.

Xatırladaq ki, E.Məmmədov "Best of the Best" promouşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
880 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...