Dələduzluqda təqsirləndirilən şəxs Xəlil Rzanın həyat yoldaşına dəyən ziyanı ödəyib

Dələduzluqda təqsirləndirilən şəxs Xəlil Rzanın həyat yoldaşına dəyən ziyanı ödəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Xəlil Rza Ulutürkün həyat yoldaşı Firəngiz Ulutürkə qarşı dələduzluqda təqsirləndirilən Mirzə Şəmsiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə M. Şəmsiyevin F. Ulutürkə qarşı vurulan ziyanı ödədiyi məlum olub.

M. Şəmsiyev digər zərərçəkmişlərə vurulan ziyanı ödəmək üçün məhkəmədən vaxt istəyib.

Proses mayın 18-də davam etdiriləcək.


İttihama görə, M. Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək, həyat yoldaşı Firəngiz Ulutürkə qarşı təxminən 4 min manat məbləğində dələduzluq edib.

İş üzrə daha bir neçə nəfərə qarşı dələduzluq edilib. Digər zərərçəkmişlərə vurulan ziyanın miqdarı 100 min manatdan çoxdur.

Həbs edilən M. Şəmsiyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
870 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...