Aylardır axtarılan oğru iş başında yaxalandı – VİDEO
Gəncədə bir gecədə bir neçə mağaza qarət olunub.
ARB TV xəbər verir ki, ancaq qarətçi o qədər də uzağa qaça bilməyib.
Mühafizə polisi tərəfindən obyetlərin birinə quraşdırılan həyacan siqanlı həm polisin, həm də obyekt sahiblərinin işinə yarayıb. Həmin şəxs növbəti çirkin əməlini yerinə yetirərkən Gəncə Regional Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Gəncə Regional Mühafizə İdarəsinə həyacan siqnalı şəhər sakini Salman Axundova məxsus mağazadan daxil olub. Dərhal hadisə yerinə gələn mühafizə polisləri müəyən ediblər ki sahibkara məxsus mağazanın qapısı sındırılıb. İçəri daxil olan asayiş keşikçiləri bir nəfər şəxsin oradan oğurluq etdiyini aşkarlayıblar.
Renat Əliyev - heyət başçısı: “Dərhal növbətçi hissəyə məlumat verdik. İsti izlərlə baxış keçirirək adı sonradan bizə məlum olan Qədimov Sərdar Qabil oğlu yerində yaxalanaraq Gəncə şəhər Kəpəz rayon polis idarəsinə təhvil verilib”.
Bir qədər sonra mağaza sahibi Salman Axundov da obyektə çağırılıb. Kassaya baxış keçirən sahibkar oradan 390 manat nəğd pulun oğurlandığını müəyən edib. Sözügedən məbləğ saxlanılan Sərdar Qədimovun üzərindən aşkarlanaraq götürülüb.
Salman Axundov - obyekt sahibi: “450 manat kassada pul var idi. Onun 390 manatını götürüb 60-ı qalıb. Tez götürüb itmək istəyib”.
Kəpəz rayon polis idarəsinin əməliyyatçıları tərəfindən aparılan araşdırmalar zamanı Sərdar Qədimovun həmin gecə Heydər Əliyev prosprktində daha bir neçə mağazanı qarət etdiyi, hətta onun paytaxt Bakı da daxil olmaqla Respublika ərazisində silsilə oğurluqlar törətdiyi müəyyən edilib. Həmin şəxs bu və ya digər cinayət əməllərinə görə aylardır axtarışda olub. Hazırda saxlanılan şəxsin əməlindən zərərçəkənlərin sayı müəyənləşdirilir.
1238 dəfə oxundu