Alpinist Namin Bünyatzadənin meyiti Şəmkir rayonuna gətirilib

Alpinist Namin Bünyatzadənin meyiti Şəmkir rayonuna gətirilib

Quba rayonunda meyiti tapılan alpinistlərdən biri doğulduğu Şəmkir rayonuna gətirilib.
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Yeni Həyat kəndində olan baba evinə gətirilən alpinist Namin Nizami oğlu Bünyatzadənin nəşini yaxın qohumları ilə yanaşı kənd sakinləri və ictimaiyyət nümayəndələri qarşılayıblar. Hazırda alpinistin ailə üzvləri və qohumları meyitin dəfn edilməsi üçün hazırlıq işləri görürlər.
Qeyd edək ki, Namin Nizami oğlu Bünyatzadə rayonun Çinarlı qəbiristanlığında dəfn olunacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
981 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...