ABŞ KƏŞFİYYATI ECEVİİ İZLƏYİB? - ilginc etiraflar
Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Türkiyənin mərhum baş naziri Bülənt Eceviti və 12 sentyabr dövlət çevrilişinin memarı olan Admiral Kənan Evreni yaxından izləyib.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, MKİ Türkiyənin bu məşhur şəxslərini izləməklə onların şəxsi həyatlarını, nəyə maraq göstərmələrini belə müəyyən etmək istəyib. ABŞ kəşfiyyatı Bülənt Ecevitin təkbaşına hakimiyyətə gəlmə ehtimalı, əgər gələrsə, ölkəni nə dərəcədə sol ideologiyaya doğru aparacağı, Türk ordusunun sol ideoloji istiqamətə hansı münasibət göstərməsi, çevriliş cəhdi kimi məsələlərlə ciddi maraqlanıb.
MKİ eyni zamanda admiral Evrenin xarakteri, ətrafına münasibəti ilə də yaxından maraqlanıb, bu suallara cavablar axtarıb.
Yeri gəlmişkən, MKİ ilə bağlı deyilənlər o qədər ilgincdir ki, hətta “Ergenekon” məhkəməsi zamanı MİT-dən tələb olunan casusluq dosyelərində də maraqlı məqamlar ortaya çıxıb.
Məsələn, çox məşhur bir müğənninin qohumu olan polkovniklə bağlı dosyedə yer alan fikirlər hamını heyrətə salıb. Bəlli olub ki, həmin polkovnik 1960-cı ildə baş verən dövlət çevrilişində iştirak edib və qısa müddət İstanbul radiosuna rəhbərlik edib. Bu dövrdən ABŞ və Böyük Britaniya kəşfiyyatçılarını tanımağa başlayıb və bu əlaqələr 1982-ci ilə qədər davam edib.
MİT asi polkovnikin fəaliyyətini öyrəndikdən sonra onu izləməyə və barəsində dəlillər toplamağa çalışıb. MİT izlədiyi polkovniki İstanbulun Levent səmtində ABŞ-ın konsulu Con Mgglossonla görüşü zamanı həbs edib. Ələ keçən sənədlərdə ABŞ-ın Türkiyə liderləri ilə maraqlandığı, bu maraqları dəqiqləşdirmək məqsədilə tərtib etdikləri suallar və bu suallara cavablar olub.
806 dəfə oxundu