Əfqanıstan veteranlarının torpaqlarını satan sədrə şərti cəza verildi

Əfqanıstan veteranlarının torpaqlarını satan sədrə şərti cəza verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda, rüşvət almaqda və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunan Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və müavini Cavan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, prosesdə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərin barəsində 2 il sınaq müddəti olmaqla şərti cəza təyin edilib.

Xatırladaq ki, təşkilatın sədr və sədr müavinindən şikayətçi olanlar veteranlardır. Veteranlar bildiriblər ki, 8 mindən çox üzvü olan İctimai Birlikdə korrupsiyaya yol verilib, veteranlara ayrılmış torpaq sahəsi üçün külli miqdarda pul tələb olunub.

Şikayətçilər qeyd ediblər ki, 2005-ci ildə dövlət tərəfindən Əfqanıstan müharibəsi veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün onların maraqlarını təmsil edən ictimai birliyə Hövsan yaxınlığında 10,3 hektar torpaq sahəsi ayrılıb. Amma M.Vəliyev həmin torpaqların bir hissəsini Əfqanıstan veteranı olmayan ayrı-ayrı şəxslərə satıb.

M.Vəliyev isə ona qarşı irəli sürülən ittihamları əsassız adlandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
750 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...