42 yaşlı kişi özünü yandırmaq istədi - Bakıda

42 yaşlı kişi özünü yandırmaq istədi -


Bakıda 42 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib. APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 42 yaşlı Ayaz Fikrət oğlu Hüseynov üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Hadisə yerində olan insanların müdaxiləsi nəticəsində intihara cəhdin qarşısı alınıb. Özünü yandırmaq istəyən şəxs polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1243 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...