Bakıda televizor oğruları tutuldu

Bakıda televizor oğruları tutuldu


Oğurlanmış məişət əşyalarının ümumi dəyəri 28 min manat təşkil edib. Bakıda televizor oğruları tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 9-da Boran Quliyevə məxsus anbardan 49 ədəd televizor oğurlanıb. Oğurlanmış məişət əşyalarının ümumi dəyəri 28 min manat təşkil edib.

Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, cinayəti törədənlər Boran Quliyevin anbarında işləyən mühafizəçilər olub. Həmin şəxslər Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev olub.

Hər üç şəxs Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də tutulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1261 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...