Narkotik istifadəçisi olan həkimə hökm oxundu

Narkotik istifadəçisi olan həkimə hökm oxundu

Bakıda narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən həkimin məhkəməsi başa çatıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Sənan Pənahovun cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən S.Pənahov 3 il müddətinə azadlıqdan məhrum edilib. Sənan Pənahov Şirvan şəhərində stamotoloq-həkim olub. O, Bakıda olarkən saxlanılıb. Ondan külli miqdarda narkotik vasitə- heroin aşkarlanıb.

Həkim ifadəsində bildirib ki, uzun müddətdir narkotik vasitə istifadəçisidir. O, Gürcüstanda bununla bağlı iki dəfə müalicə aldığını da bildirib. Lakin o narkotiki satış məqsədi ilə deyil öz istifadəsi üçün aldığını deyib

Cinayət Məcəlləsinin 234.4.3-cü (narkotik maddələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham edilən S.Pənahovun əməli Cinayət Məcəlləsinin 234.1-ci (istifadə məqsədi ilə narkotik vasitə əldə etmə) maddəsini tövsif edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
711 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...