Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə tələbə qızı özünü öldürmə həddinə çatdırmaqda təqsirləndirilən şəxsə bəraət verib

Binəqədi Rayon Məhkəməsində özünü öldürmə həddinə çatdırmada təqsirləndirilən Ələddin Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, hakim Rəşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən Ə. Cavadov barəsində bəraət hökmü çıxarılıb.

Bundan sonra zərərçəkmiş tərəf hökmdən apellyasiya şikayəti verib. Onlar Ə. Cavadovun həbs olunmasını istəyir.

Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şikayət təmin edilməyib və bəraət hökmü qüvvədə saxlanılıb.

Qeyd edək ki, A. Ağaməmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının tələbəsi olub. O, bir müddət əvvəl nişanlısı Ə. Cavadovdan ayrılıb. İlkin ehtimala görə, A. Ağaməmmədova buna görə intihar edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
813 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...