İran vətəndaşı daxili orqanında Azərbaycana heroin keçirməyə cəhd edib

İran vətəndaşı daxili orqanında Azərbaycana heroin keçirməyə cəhd edib

Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığı üçün onun daxili orqanları həkim müayinəsindən keçirilib. Nəticədə, vətəndaşın düz bağırsağında 6 ədəd bükümdə ümumi xalis çəkisi 102,245 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
892 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...