Türkiyədə həbsdə olan amerikalı pastor ev dustaqlığına buraxılıb

Türkiyədə həbsdə olan amerikalı pastor ev dustaqlığına buraxılıb

Türkiyədə həbsdə olan amerikalı rahib Endryü Branson (Andrew Brunson) haqqında həbs tədbiri ev dustaqlığı ilə əvəzlənib.

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, İzmir 2-ci Ağır Cəza Məhkəməsi bu gün A. Bransonun işi ilə bağlı toplaşaraq yeni qərar qəbul edib. Məhkəmə A. Branson barəsində həbs tədbirinin ev dustaqlığı ilə əvəzlənməsinə qərar verib.

Qeyd edək ki, amerikalı yevangelist pastor A. Branson Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra İzmirdə həbs olunub. O, hərbi və siyasi casusluqda, terror təşkilatının maraqları naminə cinayət törətməkdə ittiham edilir.

Pastorun həbsi Türkiyə-ABŞ münasibətlərində gərginlik yaradan amillərdən biri idi. ABŞ rəhbərliyi - şəxsən prezident D. Tramp və vitse-prezident M. Pens Türkiyə rəhbərliyindən onun sərbəst buraxılmasını istəyiblər. Senatorlar bu məsələ ilə əlaqədar bir neçə dəfə Türkiyəyə səfər edib. Son olaraq ABŞ Konqresi həm A. Bransonun həbsdə saxlanılmasına, həm də Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri satın almaq istəməsinə görə, Türkiyə Hərbi Hava Qüvvələri üçün nəzərdə tutulmuş 5-ci nəsil yeni “F-35” hərbi təyyarələrinin bu ölkəyə göndərilməsinə qadağa qoyan müddəanı hərbi büdcə barədə qanun layihəsinə daxil edib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
764 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...