Gömrükdə "Volksvagen”dən tapılan 2,5 kq narkotik kimə məxsus olub?

Gömrükdə "Volksvagen”dən tapılan 2,5 kq narkotik kimə məxsus olub?


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində və qaçaqmalçılıqda ittiham olunan Dəyanət Qarayevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Məhkəmə baxışı avqustun 26-a təyin edilib. İstintaqla müəyyən edilib ki, Dəyanət Qarayev satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və sərhəddən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə Ukraynada şəxsiyyəti istintaqla müəyyən edilməmiş bir qrup şəxslə qabaqcadan əlbir olub. O, 2 kiloqram 480 qram qurudulmuş marixuananı yağ qabının içərisində yerləşdirib, saxlayıb və Nizami Əsədovun idarə etdiyi “Volksvagen Transporter” markalı sərnişin mikroavtobusunun salonunda “Samur” gömrük postundan gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə çalışıb.

Aparılmış əməliyyat tədbirləri zamanı Dəyanət Qarayev Beynəlxalq Hava Limanında Bakı-Mineralnıye Vodı aviareysi ilə ölkə ərazisini tərk etmək istəyərkən saxlanılılıb. Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 maddələri ilə ittiham irəli sürülüb və Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1181 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...