Ucarda radikal vəhhabi falçı xalasını bıçaqladı

Ucarda radikal vəhhabi falçı xalasını bıçaqladı


Ucar rayonunda bıçaqlanma hadisəsi baş verib. Hadisə rayonun Qaracallı kəndində qeydə alınıb. Kənd sakini 29 yaşlı Abdulrəhmanov Ruslan Mövlud oğlu xalası 50 yaşlı Qafarova Məlahət Zeynal qızını bıçaqlayıb. Qarın nahiyəsindən çoxsaylı bıçaq zərbəsi almış M.Qafarova təcili olaraq Göyçay Mərkəzi Rayon Xəstəxanasında əməliyyat olunub. Həkimlər yaralının vəziyyətini son dərəcə ağır qiymətləndirir.

R.Abulrəhmanov Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Hadisənin dəqiq baş vermə səbəbi araşdırılır.
İlkin məlumata görə, hadisəyə səbəb M.Qafarovanın falçılıq etməsi, vəhhabi olan R.Abulrəhmanovun isə buna qarşı çıxmasıdır (APA).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1127 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...