Bakıda saxta pul kəsən nigeriyalılar məhkəmə qarşısında

Bakıda saxta pul kəsən nigeriyalılar məhkəmə qarşısında


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul kəsməkdə təqsirli bilinən Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmnauel Chinyerenin cinayət işi üzrə məhkəmə prosesinə start verilib

Lent.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı avqustun 28-nə təyin edilib. Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmnauel Chinyere paytaxtın Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar. Onlarla birgə 3 Nigeriya, 1 Kamerun və 1 Qvatemala vətəndaşlarının da kirayədə yaşadıqları mənzilə baxış zamanı əlavə 100 ədəd saxta 100 dollarlıq əskinaslar da aşkar edilərək götürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2672 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...