Ukraynada öldürülən iş adamına görə həbs edilənlər var
Ukraynanın Xerson vilayətində azərbaycanlı iş adamı Vüqar Nuruşuvun qtəli ilə bağlı cinayət işi çərçivəsində bir nəfər saxlanılıb.
V. Nuruşovun qardaşı İlqar Nuruşov APA-ya bildirib ki, saxlanılan şəxs milliyyətcə erməni olan keçmiş milis generalı, iş adamı Luqasyanın mühafizəçisi, Ukrayna vətəndaşı, 22 yaşlı Rostislav Brinskidir. Xerson polisi tərəfindən saxlanılan R. Brinski ilkin ifadəsində V. Nuruşovu öldürdüyünü etiraf etsə də, cinayətin digər iştirakçılarının və sifarişçinin kimliyini hələ ki etiraf etməyib. İstintaq davam edir.
Qeyd edək ki, əslən Azərbaycanın Beyləqan rayonundan olan iş adamı, 1976-cı il təvəllüdlü Nuruşov Vüqar Qiyas oğlu Xersonda qətlə yetirilib. Eyni şəhərdə daha bir azərbaycanlı - İlham Tağıyev də öldürülüb. V. Nuruşovun qardaşı İlqar Nuruşov qardaşının şəhərdəki bazarın erməni sahibi, keçmiş milis generalı Luqasyanın dəstəsi tərəfindən öldürüldüyünü bildirib: “Mənim qardaşımın obyektləri o bazara yaxındır. Əvvəldən qardaşımın patriotik mövqeyi həmin bazarı idarə edən Luqasyanın qohumlarının xoşuna gəlmirdi. Bir neçə dəfə qardaşımı təhdid də etmişdilər".
1161 dəfə oxundu