Füzulidən olan şəhid ailəsi: “Qurd kapitan”ın qanı yerdə qalmadı - VİDEO

Füzulidən olan şəhid ailəsi: “Qurd kapitan”ın qanı yerdə qalmadı -

Torpaqlarımız qarış qarış düşmən tapdağından azad olunur. Hərbçilərimizlə qürur hissi keçirən ailələrdən biri də 1992-ci ildə Füzulinin Qaradağlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olan Milli Qəhrəman Faiq Rəfiyevin ailəsidi.

Baku TV xəbər verir ki, şəhidin qardaşı Sabit Rəfiyev qardaşının qanının yerdə qalmadığını deyir.

Milli Qəhrəmanın bacısı Mehparə Əliyeva isə deyir ki, tezliklə torpaqlarımız azad olunacaq və mən qələbə günü boynumdakı qara yaylığı çıxarıb atacam.

Qeyd edək ki, Faiq Rəfiyevə 1992-ci ildə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Lökbatan qəsəbəsindəki 166 saylı tam orta məktəb milli qəhrəmanımızın adını daşıyır.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
760 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...