Separatçı Dağlıq Qarabağ rejiminin "müdafiə nazirinin müavini" məhv edilib

Separatçı Dağlıq Qarabağ rejiminin "müdafiə nazirinin müavini" məhv edilib


Separatçı Dağlıq Qarabağ rejiminin “müdafiə nazirinin müavini”, polkovnik Artur Sarkisyan məhv edilib.

APA-nın “Sputnik Armenia” saytına istinadən verdiyi məlumata görə, qondarma rejimin “Müdafiə Nazirliyi” Dağlıq Qarabağda gedən döyüşlərdə ölən hərbçilərinin yeni siyahısını açıqlayıb.


A. Sarkisyanın adı həmin siyahıda yer alıb.

Bundan başqa, erməni tərəfi separatçıların komandirlərindən biri olan, polkovnik Sergey Şakaryanın da öldürüldüyünü təsdiqləyib.

Onların ölüm tarixləri göstərilməyib.

Qeyd edək ki, bir müddət əvvəl separatçı Dağlıq Qarabağ rejiminin "müdafiə naziri" Cəlal Arutunyan yaralanıb. Separatçı rejimin rəhbəri Araik Arutunyanın əmri ilə Cəlal Arutunyan "vəzifə"sindən azad olunub, onun yerinə Mikael Arzumanyan təyin olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
625 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...