Şəhid əsgərlərin valideynləri azadlığa buraxıldı - SİYAHI

Şəhid əsgərlərin valideynləri azadlığa buraxıldı -
44 gün davam edən Vətən Müharibəsində şəhid olan bir sıra hərbi qulluqçuların Penitensiar Xidmətin tabeliyində olan fərqli həbsxanalarında cəza çəkən valideynləri azadlığa buraxılıb.

Gundeminfo.az Unikal.org-a istinadən xəbər verir ki, torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olan Əsgər Məmmədovun atası Zaur Balış oğlu Məmmədov, şəhid Şahgündüz Cabbarovun atası Habil Mütəllim oğlu Cabbarov, şəhid Elsəvər İbrahimovun atası Etibar Rəşid oğlu İbrahimov və şəhid Kamran Seyfullayevin atası Cəlal Sanhan oğlu Seyfullayev azadlığa çıxıblar.

Qeyd edək ki, azadlığa buraxılan şəxslər müxtəlif maddələrlə məhkum olunmuşdu.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
574 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...