Abşeronda COVİD-19 əleyhinə növbəti genişmiqyaslı reyd keçirildi

Abşeronda COVİD-19 əleyhinə növbəti genişmiqyaslı reyd keçirildi


Abşeron rayonunda COVİD-19 əleyhinə həyata keçirilən maarifləndirmə tədbirləri bu gün də davam etdirilib. Xırdalan şəhəri də daxil olmaqla rayonun 15 kənd və qəsəbəsində Rayon İcra Hakimiyyətinin əməkdaşlarından, bələdiyyə və nümayəndəliklərin üzvlərindən, polis əməkdaşlarından və könüllülərdən ibarət yaradılan mobil qruplar tərəfindən gündəlik olaraq parklarda, fəaliyyətinə icazə verilən obyektlərdə və əhalinin sıx toplaşa biləcəyi ərazilərdə təbliğat işləri həyata keçirilir. Gundeminfo.az-a daxil olan məlumata əsasən mobil qruplar Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, karantin rejiminin tətbiqi, COVİD-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı sakinlər arasında maarifləndirmə işləri aparıb, sakinlərlə fərdi söhbətlər edərək, onlara şəxsi gigiyena qaydalarına əməl etməyi, evdən çıxarkən tibbi maska taxmağı və insanların sıx toplaşdığı yerlərə getməməyi tövsiyə ediblər. Burada məqsəd karantin qaydalarına ciddi əməl etməyi təşviq etmək, yarana biləcək ehtiyatsızlığı aradan qaldırmaq, COVİD-19 virusunun yayılmasının qarşısını almaq istiqamətində təbliğat aparmaqdır.

Reyd zamanı karantin qaydalarını pozan şəxlər müəyyən edilərək qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb.

Təbliğat və reydlər bundan sonra da mütəmadi şəkildə davam etdiriləcək.
Abşeronda COVİD-19 əleyhinə növbəti genişmiqyaslı reyd keçirildi
Abşeronda COVİD-19 əleyhinə növbəti genişmiqyaslı reyd keçirildi
Abşeronda COVİD-19 əleyhinə növbəti genişmiqyaslı reyd keçirildi








Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
547 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...