İrəvanda bank rəhbərinin avtomobili partladılıb

İrəvanda bank rəhbərinin avtomobili partladılıb
İrıvanda "Armekonombank"ın icraçı direktorunun avtomobili partladılıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, insident bu gün səhər saatlarında baş verib.

Partlayış Ermənistan paytaxtının Arabkir rayonunun Davtyan küçəsində baş verib.

Polis "Lexus" markalı avtomobilin qeyri-müyyən şəraitdə partladığını bildirib. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Avtomobilin "Armeconombank"ın icraçı direktoru Aram Xaçatryanın istifadəsində olduğu bildirilir. Partlayış A. Xaçatryanın sürücüsü avtomobili işə salıb bir neçə metr sürdükdən sonra baş verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...