“Onunla döyüşdə üz-üzə gəlmək intihardır” - Hikmət Mirzəyev haqda şok faktlar

“Onunla döyüşdə üz-üzə gəlmək intihardır” -
“Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant və “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən Hikmət Mirzəyev Zəfər paradında da yenə ən öndəydi”.

Pravda.az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

O, general Mirzəyev haqda bir sıra maraqlı məlumatları açıqlayıb:

“Ona polkovnik rütbəsini ümummilli lider Heydər Əliyev şəxsən özü təqdim edib. 2002-ci ildə isə Heydər Əliyevin sərəncamı ilə general-mayor rütbəsini alıb. Bu il oktyabrın 17-də isə Ali Baş Komandan ona general-leytenant rütbəsi verib. Hikmət Mirzəyevin hər bir rütbəsində dövlətə dərin xidmət var, o, kabinetlərdə oturaraq rütbə almayıb.

O, 2016 və 2020-ci illərdə Qarabağda aparılan hərbi əməliyyatların əsas rəhbərlərindəndir. Cəbrayıl rayounun işğaldan azad edilməsi əməliyyatının başçısıdır. Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbəridir. Onun yetişdirdiyi xüsusi təyinatlı qüvvələr digər qoşun növlərindən tamamilə fərqlənirlər. Xüsusi təyinatlı zabitlərimiz Ordumuzun görən gözü, vuran qolu, ddüşünən beyni hesab olunur.

Yaralı XTQ zabitlərimizin müalicəsi zamanı iynədən istifadə mmümkünsüz olurdu. Çünki dəmir kimi bədən, qol əzələləri iynəni qırırdı, iynə əzələyə daxil ola bilmirdi. Nə qədər qəribə görünsə də də, xeyli belə faktlar var və biz onları görmüşük, bu barədə ətraflı izahata ehtiyac da yoxdur”.

Elçin Alıoğlu qeyd edib ki, Hikmət Mirzəyev dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir:

“O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir.

Döyüşdə Hikmət Mirzəyevlə üz-üzə gəlmək rəsmən intihar deməkdir. Onun xüsusi əlbəyaxa döyüş bacarığı, soyuq və odlu silahlardan möcüzəvi şəkildə istifadə etmək məharəti sadəcə inanılmazıdır. Biz bütün bunları filmlərdə görmüşük. Şuşanın işğaldan azad edilməsi bunun təsdiqidir. Ali Baş Komandan İlham Əliyevin Hikmət Mirzəyevi Şuşanın işğaldan azad edilməsi münasibəti ilə təbrik etməsi təsadüf deyildi”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
693 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...