Şəkidə COVID-19 xəstəsi karantin postunda saxlanılıb

Şəkidə COVID-19 xəstəsi karantin postunda saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları karantin postunda xidmət aparan zaman şəhərə daxil olmaq istəyən “VAZ-21015” markalı avtomobilin sürücüsünü planşet vasitəsilə yoxlayan zaman onun aktiv koronavirus xəstəsi kimi portalda qeydiyyatda olduğunu müəyyən ediblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə, sürücü - Oğuz rayon sakini Biruni Hacıyev COVID-19 virusunun daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək karantin rejimi qaydalarını kobud surətdə pozub. Həmin şəxs polislər tərəfindən tibbi prosedurlar da gözlənilməklə Oğuz rayonu Mollalı kəndində yaşadığı ünvana göndərilib.

B.Hacıyev barəsində Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
519 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...