Karantin qaydalarını pozan iki qardaş məsuliyyətə cəlb olundu

Karantin qaydalarını pozan iki qardaş məsuliyyətə cəlb olundu
DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq rayon ərazisinə gizli yollarla daxil olan Şabran rayon sakinləri – Asim və Mail Babayevlər saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, hər iki şəxs müvafiq icazələri olmadan rayonun giriş hissəsində qurulmuş müvəqqəti postun kənarında yerləşən bağ sahələrindən keçməklə Quba rayonuna qanunsuz olaraq daxil olublar.

Saxlanılan hər iki şəxs barədə qanunvericiliyə uyğun olaraq tədbir görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
541 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...