“Erməni əsgərlər əsirlərə gələn yeməkləri oğurlayırdılar”

 “Erməni əsgərlər əsirlərə gələn yeməkləri oğurlayırdılar”
“Bizə yemək vermirdilər, ancaq su verirdilər. Bizi saxlanma yerinə apardıqdan sonra yemək gəlirdi. Ancaq erməni əsgərlər əsirlərə gələn yeməkləri oğurlayırdılar”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında erməni əsirliyində olmuş hərbi qulluqçu Ömər Ələkbərov deyib.

O bildirib ki, onlar əsirlərə əzab-işgəncə verirdilər: “Məni elə çarpayıya qoymuşdular ki, mətbəxi görürdüm. Əsirlərə gələn yeməkləri götürürdülər, bir qismini bizə verirdilər. Güclə yarama barmaq soxurdular ki, bizim dediyimizi təkrarla. Təkrarlamasaq, daha betər işgəncə verirdilər. Yaramıza vururdular. Ağrıdan huşumuzu itirirdik. Çalışırdılar ki, daxili orqanlarımıza nəsə etsinlər. Bir gözüm görmürdü. Onlar təhdid edirdilər ki, bizim dediyimizi təkrarla, yoxsa o biri gözünü də çıxararıq. Tibb bacıları qəsdən iynəni salıb-çıxarırdılar. 15-20 dəfə hər damara iynəni salıb-çıxarırdı ki, əziyyət versin. Həkimlər şprislə dərimizin içinə spirt vururdular. Dərimizin altına o qədər spirt yeritmişdilər ki, iki qolum qapqara idi. Bizim qışqırmağımız xoşlarına gəlirdi. Sonra biz qışqırmadıq. Amma həbsxanada az işgəncə edirdilər, onlara tapşırıq vermişdilər”.

Ö. Ələkbərov deyib ki, beynəlxalq təşkilatlar da onlarla maraqlanıb: “Qırmızı Xaçdan nümayəndə gəlmişdi. Beynəlxalq təşkilatlara şikayətimizi deyə bilmirdik ki, sonra işgəncə edəcəklər. Beynəlxalq təşkilatlar gedəndən sonra psixoloji təsir edirdilər. Əlin-qolun bağlı, sən onlara heç nə edə bilmirsən”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
511 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...