“Laçına çatanda gördük ki, Azərbaycan əsgərləri yolları bağlayıb...”

“Laçına çatanda gördük ki, Azərbaycan əsgərləri yolları bağlayıb...”

Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Virtualaz.org-un xəbərinə görə Yasamal rayon Məhkəməsinin inzibati binasında hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.

Müdafiəçi çıxışında müvəkkilinin ittihamlar üzrə özünü təqsirli bilmədiyini deyib. Bu səbəbdən müvəkkili barəsində bəraət verilməsini xahiş edib. Daha sonra Eulcekcian Viken Abrahama son söz deyib. O, elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib.

O, barəsində bəraət hökmünün çıxarılmasını xahiş edib: "Mən Ermənistan və Livan vətəndaşıyam. Noyabrın 10-da Maralla birgə tutulduq. Yexinadzorda şəkil çəkdirmişdik. Laçına çatdıq. Azərbaycan əsgərləri yolları bağlamışdılar. Onlara yaxınlaşıb özümüzü təqdim etdik. Tələb edirəm ki, Maral mənim barəmdə istintaq zamanı dediklərini, gəlsin məhkəmədə üzümə desin".

Məhkəmə prosesi iyunun 14-də davam edəcək.

***

09:44

Bu gün Yasamal Rayon Məhkəməsində Qarabağda döyüşən livanlı muzdlu terrorçu Eulcekcian Viken Abrahamın cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək. Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin vəkilinin müdafiə çıxışı, V.Eulcekcianın son sözü və ona hökm oxunması gözlənilir.

Xatırladaq ki, ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında təqsirləndirilən şəxsin azadlıqdan 20 il məhrum edilməsini istəyib.

Törətdiyi cinayət əməllərinə görə Viken Eulcekciana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 114.3-cü (muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı), 214.2.1-ci (terrorçuluq qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrində nəzərdə tutulan cinayətlərdə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...