TƏBİB-lə işçisi arasında məhkəmə QALMAQALI - “O qədər harınlaşıblar ki...”
İşdən qanunsuz kənarlaşdırılan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İnsan resurslarının idarə olunması şöbəsinin müdiri Xəyalə Həsənova qurum rəhbərliyindən şikayətçidir.
Bununla bağlı Bizim.Media-ya müraciət edən Xəyalə Həsənova TƏBİB-lə aralarında yaranan mübahisəyə görə məhkəməyə üz tutduğunu deyib.
TƏBİB-in haqsız addım atdığından gileylənən keçmiş şöbə müdiri əvvəlki vəzifəsinə bərpa olunması tələbi ilə çxış edib:
“Əmək müqaviləmə xitam verildiyi barədə məlumat verilmədən xəstəlik vərəqəsi ilə məni işdən çıxarıblar. Çağırıb üzümə dedilər ki, “biz iki seçim arasında qalmışıq. Səni yeni gələn işçi istəmir, biz də səni istəmirik”. Yəqin, kiminsə tapşırığı ilə gələn kimsədir. Səbəb odur ki, bir nəfər gəlib deyib ki, mən o xanımla işləmək istəmirəm, məndən çox bilir. Sifarişlə insanı işdən çıxararlar? TƏBİB yaranandan orada çalışmışam. Pandemiya və müharibə dövrlərində gündüzlərlə yanaşı, gecələr də işləyib xalqıma xidmət etmişəm. Hər hansə töhmət və ya xəbərdarlığım olmayıb”.
Xəyalə Hüseynova iş fəaliyyətində rəhbərliklə münasibətlərinin normal olduğunu da qeyd edib:
“Bizim şöbə elə idi ki, işçilərlə rəhbərlik arasında ana rolunu oynayırsan. Ona görə hər hansı bir narazılıq filan yaranmamışdı. Narazılıq olsaydı, ən azından şifahi şəkildə də olsa mənə bildirilərdi. Sadəcə yeni gələn işçi belə istəyib və bu addım atılıb”.
Keçmiş şöbə müdirinin sözlərinə görə əslində TƏBİB onu müqavilə vaxtının bitməsindən sonra çıxarmaq istəyində olub.
Amma nə baş veribsə, səhhətində yaranan problemlə bağlı yaranan xəstəlik vərəqəsi ilə işdən kənarlaşdırılıb:
“Onlar gözləməliydilər, 1 həftə sonra işə qayıtmalıydım. Sonra işdən çıxarmalıydılar. O qədər harınlaşıblar ki, o müddəti də gözləmədilər. Üstəlik Əmək Məcəlləsini və qanunvericiliyi pozduqlarının da fərqində olmadılar”.
Şikayətçi üzləşdiyi problemlə bağlı Dövlət Əmək Müfəttişliyinə müraciət edb. Müfəttişlik məsələsi 2 ay araşdırandan sonra TƏBİB-ə Xəyalə Həsənovanın işinə bərpa olunması üçün rəsmi müraciət göndərib. Amma TƏBİB buna da məhəl qoymayıb.
Həmsöhbətimiz daha sonra Nəsimi Rayon Məhkəməsinə üz tutduğunu bildirib. Əvvəlcə məhkəmədən TƏBİB-in qeyri-qanuni addım atılması deyilib, sonra məhkəmənin iddia müddətini ötürdüyü əsas gətirilərək iddiasə rədd edilib. Lakin müddət ötürülməyib.
Hazırda Xəyalə Həsənovanın işi Apelyasiya Məhkəməsindədir. O, bildirib ki, TƏBİB-dəki işinə bərpa və ədalətə hakim olmayana qədər geri addım atmayacaq:
“Hələki məsələni yubadırlar. Artıq buna da alışmışam. Qanunvericiliyə görə işdən çıxarılan gün işçinin əməkhaqqısı və əmək kitabçası dərhal ona təqdim olunur. Mənə isə əməkhaqqım yarımçıq, əmək kitabam isə 2 ay sonra verilib. Bu, onların əmək qanunvericiliyinə yanaşmasıdır”, deyə şikayətçi əlavə edib.
Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
1154 dəfə oxundu