Daha bir terroçu erməni məhkəməyə çıxarıldı
Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviç barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Trend-in məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə təqsirləndirilən şəxsə hüquqlarını izah edib. Bildirib ki o dövlət hesabına vəkillə təmin edilib. Həmçinin hakim deyib ki, təqsirləndirilən şəxs öz dilində ifadə verə bilər, məhkəmə tərkibinə etiraz edə bilər və sərbəst ifadə verməmək hüququna malikdir.
Məhkəmə baxışı iyunun 30-na təyin edilib.
Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
1264 dəfə oxundu