Ermənilər Zəngilanda da narkotik plantasiyaları qoyub gediblər

Ermənilər Zəngilanda da narkotik plantasiyaları qoyub gediblər

Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan virtualaz.org-a verilən məlumata görə, tədbir zamanı rayonun Ağalı kəndi ərazisində çəkisi 100 kiloqram olan 760 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Qeyd edək ki, işğal olunduğu illərdə Azərbaycanın o əraziləri narkotik maddələrin nəzarətsiz yetişdirildiyi "boz zona"ya çevrilmişdi. Bundan başqa, Azərbaycan xüsusi xidmət orqanları strateji narkodəhlizin Ermənistan qoşunlarının işğal etdiyi İranla həmsərhəd olan ərazilərdən keçdiyini dəfələrlə bəyan ediblər.

Ötən həftə DİN məlumat yaydı ki, azad edilmiş Daşaltı kəndi ərazisində DTX ilə birgə xüsusi əməliyyat keçiriblər və nəticədə külli miqdarda çətənə kolları aşkarlayıbıar. O vaxt 1,6 ton ağırlığında, 2437 ədəddən çox çətənə kolları məhv edilmişdi.

Daha bir fakt. Qubadlı Rayon Polis Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Əliquluuşağı kəndi ərazisində 2,9 tondan artıq çəkisi olan 5630 ədəd çətənə kolu aşkar edilərək götürülüb...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
518 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...