Terrorçu silahlı birləşmənin üzvü olan ermənilər: "Bizə heç bir təzyiq olunmayıb"

Terrorçu silahlı birləşmənin üzvü olan ermənilər:
Bu gün Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında erməni terror dəstəsinin üzvü olan Hovanesyan Haykaz Koryunoviç, Manukyan Varazdat Amuşavanoviç, Stepanyan David Stepanoviç, Tosunyan Levan Aşotoviç, Baqdasaryan Artur Eduardoviç, Avakyan Serop Surenoviç, Arutyunyan Varazdat Seryojeviç, Manukyan Jora Vanoeviç, Herabyan Hrayr Hraçoviç, Qosparyan Narek Aqaoviç, Kureqyan Qriqor Qaqiqoviç, Qevorkyan Aşot Artakoviç, Aqramanyan Martin Muşeğoviçin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə tərkibi və dövlət ittihamçısı elan olunub, təqsirləndirilən şəxslərə hüquqları izah edilib.

Hakim deyib ki, müttəhimlər ifadə verməkdən imtina, məhkəmə və dövlət ittihamçısına etiraz edə bilər.

Təqsirləndirilən şəxslər ibtidai istintaqdan və saxlanma şəraitlərindən narazı olmadıqlarını bildiriblər: “Bizə heç bir təzyiq olunmayıb”.
Müttəhimlərin vəkilləri vəsatətlə çıxış edərək qeyd ediblər ki, Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan və Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi Onik Qasparyan barəsində cinayət işi başlanmalı, həmin şəxslər prosesdə ən azı şahid qismində dindirilməlidir.

Təqsirləndirilən şəxslər də vəsarətlə razı olduqlarını söyləyiblər.

Dövlət ittihamçısı deyib ki, vəsatət Cinayət Prosessual Məcəlləsinin 318-ci və 207-ci maddələrinin tələblərinə ziddir: “Məhkəmə təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittiham əsasında cinayət işlərinə baxır. Əgər məhkəmə baxışı zamanı başqa şəxsin əməlində cinayət işi olarsa, bu məsələ ittihamdan ayrılıb ayrıca icraata verilməlidir”.

Vəsatət təmin edilməyib.

Daha sonra məhkəmə istintaqı başlanıb. Prokuror ittiham aktını elan edib.

Prsosesdə fasilə elan olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
924 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...